Sosial
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Publika.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təxminən 30 min insan məskunlaşıb. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır.
-
Nida Xəbər 01:40Ədəd Abıyevə AĞIR İTKİ
-
İdman01:19“Qarabağ” - “Liverpul” oyununda qol yağışı - CANLI/YENİLƏNDİ
-
İdman28 Yanvar 23:35Əfsanənin adıyla anasını aldadıb pulunu oğurladılar - VİDEO
-
ABŞ28 Yanvar 22:09Rubio İrana qarşı hərbi əməliyyat ehtimalından danışdı
-
Magazin228 Yanvar 21:55"Fatih"in vidası: gözyaşlarına boğuldu - VİDEO
-
İdman28 Yanvar 20:48Onların sirrini heç kim bilmir - Bulıkin “Qarabağ” haqda
-
Magazin128 Yanvar 19:30Generalın oğlunun keçmiş sevgilisindən YENİ AÇIQLAMA
-
Nida Xəbər 28 Yanvar 19:00Bunu edənləri 30 min manat cərimə gözləyir - Cəzalar sərtləşdirildi












.jpg)








.jpg)



.jpg)





.jpg)


