Sosial
"Həzi Aslanov" stansiyasında təmir nə vaxt başa çatacaq? - Rəsmi CAVAB
Bu gündən etibarən Bakı Metropolitenində qatarların hərəkətində dəyişiklik olacaq. "Həzi Aslanov" stansiyasında aparılacaq təmir işləri səbəbi ilə sərnişinlər yalnız "Əhmədli" stansiyasına qədər hərəkət edə biləcəklər.
Publika.az modern.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Bakı Metropliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov danışıb.
Onun sözlərinə görə, "Dərnəgül" və "İçərişəhər" istiqamətindən sərnişinlərin öyrəşdiyi "Həzi Aslanov" sözləri yığışdırılacaq.
"Marşrut tablolarında sərnişinlər artıq "Əhmədli" sözü görünəcək. Qatarların hər biri "Əhmədli" stansiyasına qədər hərəkət edəcək. Lakin "Həzi Aslanov" stansiyası faəliyyətdə olacaq. Qatarlar "Cəfər Cabbarlı" - "Xətai" stansiyaları arasında olduğu kimi məkik hərəkət edəcək. Yəni "Həzi Aslanov" - "Əhmədli" arasında qatarlar 10 ərzində dövrə vuracaq. Sərnişinlərimiz bu minvalla ənənəvi qaydada "Həzi Aslanov"dan qatara mindikdən sonra birbaşa şəhər istiqamətində hərəkət edə bilməyəcəklər. Stansiyasının və dalan hissəsinin təmir işləri uzunmüddətli olacaq. Hazırda başlanacaq işlər dalan hissəsində olacaq. Faktiki olaraq dalan sökülərək yenidən inşa olunacaq. Bu səbəbdən 1 il yarım 2 il ərzində təkcə dalan hissədə işlər davam edəcək. Lakin bu müddət ərzində qeyd etdiyim minvalla sərnişinlərin daşınması təmin olunacaq", - o, İTV-yə bildirib.
Qeyd edək ki, "Həzi Aslanov"da aparılacaq təmir işləri ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 11, 43,51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır. Bu gündən həmin avtobuslar səhər saat 6-dan axşam saat 12-yə dək sərnişinlərə xidmət göstərəcəklər.
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO



























_(1).jpg)









