Sosial
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirildi - FOTO
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib.
Publika.az xəbər verir ki, forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına ünvanlanan müraciətini səsləndirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında Prezident İlham Əliyevə ünvanlanan müraciətə görə təşəkkür edib: "Hazırda Qarabağın işğaldan azad olunmuş torpaqlarının dirçəldilməsi, minalardan təmizlənməsi, yeni infrastrukturun yaradılması, yeni yaşayış məntəqələrinin salınması vüsət alıb.
Otuzillik həsrət və məhrumiyyətdən sonra keçmiş məcburi köçkün ailələri, onların uşaqları öz yurdlarına qayıdır. Aktiv məskunlaşma tədbirləri həyata keçirilir. Eyni zamanda, yeni iqtisadi, sosial layihələr reallaşdırılır. Bütün bu işlər bizi daha konkret hədəflər, daha irəliyə gedən məqsədlər uğrunda birləşməyə, sürətlə dəyişən reallıqları nəzərə alan siyasətlər müəyyənləşdirməyə çağırır.
Yeni həyat yeni fürsətlər açdığı kimi, daha yeni, daha çevik və daha dinamik yeni əməkdaşlıq platformalarının yaranmasını tələb edir. Azərbaycanın bütün sosial, iqtisadi və mədəni nailiyyətlərini, bütün zənginliklərini, təbii zənginliklərini, sərvətlərini qorumaq, gələcək nəsillərə çatdırmaq sizinlə bizim borcumuzdur. Ərazilərimiz üzərində suveren hüquqların təmin olunmasından sonra qeyd etməliyəm ki, bu vəzifələri yerinə yetirmək üçün bizim qarşımızda daha geniş imkanlar açılıb.
Azad edilmiş torpaqlarımız daxil olmaqla hazırda bütün ölkədə yaşıl enerji zonalarının salınması, ətraf mühitin bərpası və iqlim dəyişikliklərinə davamlı mexanizmlərin yaradılması prioritetlər sırasındadır. Hazırkı dövrdə dünya üzrə iqlim dəyişiklikləri, təbii resursların tükənməsi və ətraf mühitin çirklənməsi böyük problemlərdir.
Lakin inanırıq ki, ekoloji maarifləndirmə, uşaqların təhsili və onların ölkə həyatında, eləcə də beynəlxalq arenada bütün proseslərdə fəal iştirakının təmin edilməsi sayəsində daha faydalı və dayanıqlı bir mühit formalaşdıraraq bunu gələcəyə daşıya bilərik”.
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!


























.jpg)







