Sosial
"Huma quşu" fondu Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirdi - FOTO
"Huma quşu" Təhsilə Yardım Fondu Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirib.
Publika.az xəbər verir ki, “Huma quşu: xeyirxahlıq və cəsarət bələdçisi" adlı tədbirdə Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, diplomatik korpus nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən ali və orta məktəblərin — ADA Universiteti, Slavyan Universiteti, UNEC, ADPU, Xəzər Universiteti, Avropa Litseyi və digərləri rəhbərləri, professor-müəllim heyəti, “Azercell” şirkəti, fondun dəstəyi ilə ali və ixtisas təhsilini davam etdirən qazilər, magistr və tələbələr, fondun dostları, təəssübkeşləri və media təmsilçiləri iştirak ediblər.
Tədbir rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq, xatirə fotosunun çəkilişi ilə başlayıb.
Tədbirdə çıxış edən Huma Quşu Fondunun prezidenti Şəhla Vəzirova fondun yaranma tarixindən bəhs edib, məqsədlər və missiyalarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Fondun yarandığın gündən indiyə qədər gördüyü işlər barədə söhbət açan Şəhla Vəzirova gələcəkdə nəzərdə tutulan layihələr, təqaüd proqramları haqqında məlumat verib. O, bilet və rəsmlərin satışından əldə edilən vəsaitin 25 faizinin "Huma quşu"nun ianə fonduna köçürüləcəyini və aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə yönləndiriləcəyi bildirilib. Şəhla Vəzirova çıxışının sonunda tədbirin təşkilatçılarına və tamaşaçılara minnətdarlığını bildirib.
Tədbir caz ustası Salman Qəmbərov və “Bakustic Jazz” qrupunun, eləcə də, xüsusi qonaqlar İlhamə Qasımova və Rövşən Qəhrəmanovun konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Fond Humay Quliyevanın xatirəsini və onun üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədilə yaradılıb. İki illik fəaliyyət dövrü ərzində Fond sayı 7-ə çatmış proqram çərçivəsində 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək verib. Fondun fəaliyyəti hesabatlılıq və şəffaflıq məqsədilə veb-səhifə, Facebook, Instaqram, Linkedin, Youtube kanalları, online ianə hesabatı, Fondun veb-səhifəsi, e-mail və sms göndərişlərlə təmin olunub.
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video
-
ABŞ04:30ABŞ İranda quru əməliyyatını müzakirə edib - Son qərar nə oldu?
-
Qoroskop02:19Günün ulduz falı: daxili səsinizin sizə yol göstərməsinə icazə verin!
-
Hadisə01:40Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
-
Magazin112 İyun 23:35Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video
-
Hadisə12 İyun 21:51Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı
-
İdman12 İyun 21:3911 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
İKT12 İyun 18:40Feysbuk və İnstaqram çökdü - Yeniləndi










.jpg)













.jpg)










