Sosial
Şəhid qardaşı şəhid bacısı ilə evləndi - FOTO
Beyləqanda şəhid qardaşı ilə şəhid bacısının toy mərasimi keçirilib.
Publika.az xəbər verir ki, antiterror əməliyyatının şəhidi, rayonun Qəhrəmanlı qəsəbəsindən olan Rüstəmli Bəhruz Malik oğlunun qardaşı Mövlan və Vətən müharibəsi şəhidi, Birinci Şahsevən kəndindən olan İsmayılzadə Vaqif Vüqar oğlunun bacısı Əminənin toy mərasimi keçirilib.
Beyləqan rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.
Həyat yollarını birləşdirən gənclərə xoş arzularını çatdıran Əziz Əzizov və Kamal Həsənov onlara addımladıqları birgə yolda can sağlığı, ailə səadəti və firavanlıq arzulayıblar. Şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu qeyd edən Əziz Əzizov Azərbaycanın suverenliyini təmin edən, torpaqlarımızı düşmən tapdağından azad edən şəhidlərimizin ruhlarının şad olduğunu, onların ailə üzvlərinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib.
Şəhidin ailə üzvləri onları əziz günündə tək qoymadığı üçün rayon rəhbərliyinə təşəkkür edib, göstərilən diqqət və qayğıdan razılıqlarını bildirərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. ("Qafqazinfo")







-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Elm və təhsil11:40Azərbaycan elminə ağır itki - Professor Surxay Əkbərov vəfat etdi
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
İqtisadi gündəm10:045,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı











_(1).jpg)
























.jpg)
.jpg)
