Sosial
FHN-in əməkdaşları idman dırmanması yarışında yüksək nəticələr əldə etdi
11 dekabr 2024-cü il tarixində Alpinizm Federasiyasının idman zalında Gənclər və İdman Nazirliyi və Azərbaycan Alpinizm Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarışlara yekun vurulub.
Publika.az xəbər verir ki, yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin 4 nəfərdən ibarət idman dırmanma üzrə komandasının üzvləri yüksək nailiyyətlər əldə etməyi bacarıblar.
Belə ki, qadınlar arasında Bakı Regional Mərkəzinin əməkdaşı daxili xidmət leytenant Leyla Əliyeva ən yüksək hündürlüyə hamıdan cəld dırmanaraq bütün rəqiblərinə qalib gəlib və çempion adını qazanıb. Qadınlar arasında komandanın digər üzvü – Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Sima Səfərova gümüş, kişilər arasında isə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Anar Novruzov bürünc medalın sahibi olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.
-
MDB15:13Daha bir dəhşətli müharibə statistikası: 1 gündə 1085 döyüşçü itirdilər
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Cinayət dünyası14:00Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar - FOTOLAR
-
Digər13:36Dini məktəbdə qalmaqal: Müəllim şagirdə təcavüz edirmiş - FOTO
-
MDB13:14Peskov: Putin əfv qərarı verərkən onun xəstəliyini və uşaqlarını nəzərə aldı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu


























.png)










