Sosial
FHN Cəlilabadda təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd iştirakçıların fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Təlimdə FHN-in yerli qurumlarının qüvvələri, Cəlilabad rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, universitetin müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təxliyə barədə məlumat verilib, mövzulara dair videoçarx nümayiş olunub.
Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra tədbir iştirakçılarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, "yanğınla" mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, tədbir iştirakçılarına zərərçəkmişin xilas edilməsi və ilkin yardım praktiki nümayiş olunub.
-
Ekologiya13:30Sabahın hava proqnozu açıqlandı
-
Sağlamlıq13:20Miopiya 21-ci əsrin epidemiyasıdır: Uşaqların 40%-də bu problem olacaq
-
Maraq dünyası13:12Rusiya bu görüntülərdən danışır: Ayı qadını təqib etdi - Video
-
Sağlamlıq12:30Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək


























.jpg)







.jpg)



