Sosial
Bakıda məşhur restoran bağlandı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3103-cü məhəllədə yerləşən “Show Baku” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyektin tüstü bacası təmizlənməyib;
- obyektdə yanğın su hovuzu mövcud deyil;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;
- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb, tavan hissəsi və daxili divarları yanar örtüklə üzlənilib;
- təxliyə planı və zal hissəsində ikinci təxliyə çıxış qapısı mövcud deyil;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3103-cü məhəllədə yerləşən “Show Baku” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
-
Magazin120:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
















.webp)























