Sosial
Nömrəsiz avtomobil idarə edən sürücü müayinədən keçdi: Həbs olundu
Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində dövlət qeydiyyat nişansız idarə olunan “VAZ” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
İdarədən Publika.az-a verilən məlumata görə, sürücü Mirağa Miriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurub və o, tibbi müayinədən keçməyə dəvət olunub.
Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunduğu üçün M.Miriyev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
-
MDB15:47Məşhur italiyalı yazıçı Moskvanı ağız dolusu təriflədi: Gördüyüm ən müasir şəhərdir!
-
MDB15:38Rusiyadan növbəti nüvə təhdidi: "Səbrimiz sonsuz deyil!"
-
Magazin114:27Roza Zərgərli: Onlar mənim simamda Azərbaycan mədəniyyətini salamlayırlar
-
MDB14:00Ukrayna Kurtovkanı belə itirdi - VİDEO
-
Magazin213:25Uşağını qucağına götürən müğənni xəstəxanalıq oldu - FOTOLAR
-
MDB12:57Putin ona Əmək Qəhrəmanı adı verdi - 16 ildir merdir
-
Ekologiya12:42Sabahın hava proqnozu açıqlandı
-
Yaxın Şərq12:08İranın Xark adasında partlayışlar eşidilir











.jpg)







.png)
















