Sosial
Sədr qohumlarına yüksək vəzifə verib? - RƏSMİ AÇIQLAMA
"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyevin yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbər yalandır".
Publika.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili “Facebook” hesabında paylaşım edib.
O, bildirib ki, heç bir fakta əsaslanmadan bir saytın dərc etdiyi, sonradan bəzi saytların da ona istinadən, dəqiqləşdirmə aparmadan yaydığı bu məlumatda DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır:
“Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır.
Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qaynatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.
Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz.
Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər”.
xxx
Dövlət Sosial Müdafiə Fondunda bir sıra rəhbər vəzifələrə təyinatlar olub.
Publika.az Tribunainfo.az-a istinadən xəbər verir ki, Fondun rəhbəri Zəka Mirzəyev xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib.
Z.Mirzəyevin bir neçə gün əvvəl özünə müavin təyin etdiyi Şahin Əliyevin isə onun bacısının həyat yoldaşı olması məlum olub.
Bildirilib ki, təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, buna cavab verilməyib.
Məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.
Qeyd edək ki, Zəka Mirzəyev bu ilin aprelində DSMF sədri təyin edilib.
Fotoda Zəka Mirzəyev

Fotoda Şahin Əliyev
.jpg)
Fotoda Mail Məmmədov

-
Maraq dünyası11:55Bu 3 bürc daha tez varlanır
-
İqtisadi gündəm10:51Yenilənmiş 100 manatlıq pul nişanı buraxılır - FOTO
-
Region10:00Qərbin Cənubi Qafqazda planı budur - Lavrovdan sensasion iddia
-
Dünya09:48Dubayın varlıları bu ölkəyə qaçır - Əmlak almaq üçün növbə yaranıb
-
Dünya09:12Qərb çəkilir: Moskva və Pekinin qlobal nizamı dəyişdirmək planı bəlli oldu
-
Magazin208:12Attraksiondan yıxılan müğənni həyatını itirdi
-
Mətbəx08:00Mərcimək kotletinə hansı ədviyyatlar vurulur?
-
İdman06:46Dünyanın ən yaxşı qapıçılarının yeni reytinqi









.jpg)



























