Sosial
Uşaqların bayramı təntənəli şəkildə qeyd olundu - FOTO
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu əlamətdar gün ölkəmizdə də müxtəlif səpkili tədbirlərlə qeyd olunur.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı "Dinamo" meydançasında uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib.
“Mədəniyyət səninlə tanınır!” şüarı ilə gerçəkləşən festivalda tanınmış müğənni və aşıqların, eləcə də 2023-cü ildə təşkil olunmuş ilk Uşaq İncəsənət Festivalı qaliblərinin rəngarəng çıxışları bütün iştirakçılara, xüsusilə də, bu əlamətdar günün səbəbkarlarına unudulmaz anlar yaşadıb. Faiq Ağayev, Gülyaz Məmmədova, Ramil Qasımov, Manana, İlhamə Qasımova, Şəhriyar İmanov, Azad Şabanov, Samirə Əfəndi, Aşıq Samirə kimi incəsənət ustaları ifaları ilə uşaqların könlünü oxşayıblar.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şərqi Zəngəzur, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Lənkəran-Astara, Qarabağ bölgələri də xüsusi stendləri ilə festivala öz töhfələrini veriblər.
Festival ərazisində qurulmuş xüsusi interaktiv zonalar, zəka və əyləncə guşələri, yaradıcı emalatxanalar və əl işlərinin təqdimat stendləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Gün boyunca davam edən musiqi, rəqs, səhnəciklər və təsviri sənət nümunələri uşaq dünyasının rənglərini əsl sənət tablosuna çevirib.
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!










.jpg)





.jpg)


















