Sosial
Dünyanın nadir layihəsində işləyən azərbaycanlı - VİDEO
“Diaspor TV”nin çəkiliş qrupu Ər-Riyad şəhərində yaşayan və Səudiyyə Ərəbistanının NEOM meqalayihəsində çalışan soydaşımız Sevinc Qurbanova ilə görüşüb.
Publika.az xəbər verir ki, o, nəhəng layihənin mahiyyəti haqqında fikirlərini bölüşüb və bu böyük inkişafa qoşulmaqdan qürur duyduğunu ifadə edib. Soydaşımız qeyd edib ki, NEOM layihəsi təkcə texnologiya və infrastruktur cəhətdən deyil, həm də insanların həyat tərzini dəyişmək baxımından mühüm bir yenilikdir.
Sevinc Qurbanova 2 ildir ki, Səudiyyə Ərəbistanı Krallığında yaşayır. 2021-ci ildən NEOM layihəsində mütəxəssis vəzifəsində çalışır. Bundan öncə Dubayda liman sahəsində çalışan soydaşımız əvvəllər Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərib.
NEOM Səudiyyə Ərəbistanının inşa etməyi planlaşdırdığı yüksək texnologiyalı ağıllı şəhər layihəsidir. "Xəyalpərəstlər şəhəri" adlandırılan NEOM şəhər həyatını yenidən formalaşdırmağı, innovasiya, dayanıqlılıq və texnologiya üçün qlobal bir mərkəz yaratmağı hədəfləyir. NEOM-un ilk hissəsinin 2025-ci ilə qədər tamamlanması və ənənəvi investisiyalardan uzaq, tamamilə ekoloji və innovativ enerji mənbələri ilə işləyən şəhər olması nəzərdə tutulur. Yeni layihənin sərmayəçilərə 500 milyard dollardan çox gəlir gətirəcəyi barədə fikirlər səslənir.
-
Dünya14:43Bəşər Əsəd Moskvada kiminlə qonşudur? - Uşaqları şokdadır
-
Rəsmi xronika13:43İlham Əliyev sərəncam imzaladı
-
İdman13:06Qurban Qurbanov tənqidlərə reaksiya verdi - BU XALQIN NƏYİNDƏN İNCİYİM?
-
Sosial12:35Sabah qar yağacaq
-
İdman12:00Bu mükafat 15-ci dəfə Qurban Qurbanova təqdim olundu - FOTO
-
Sosial11:48DTX Balakənin sabiq başçısının rüşvət aldığı görüntüləri yaydı - VİDEO
-
İdman11:40Yamal qadınları belə aldadır: Bu xanım bütün sirləri açdı - FOTOLAR
-
Dünya10:50Sidneydə terrorçunu zərərsizləşdirən qəhrəman görün kimdir


















.jpg)

















