Sosial
Onlar hər uşağa görə 140 manat alacaqlar
Azərbaycanda çoxuşaqlı anaların aylıq müavinətləri artırılıb.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 12-si imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat müavinət təyin edilsin.
Qeyd edək ki, bunadək çoxuşaqlı anaların aylıq müavinətləri hər uşağa görə 105 manat təşkil edirdi.
Əlavə edək ki, sözügedən dəyişiklik iyulun 1-dən qüvvəyə minəcək.
-
ABŞ13:36İran içəridən partladılacaq: Vaşinqtonun GİZLİ PLANI
-
Magazin113:04Şəbnəm ad günündə görün nə qədər pul yığdı? - Milyonluq villa tikdirir
-
Rəsmi xronika12:11Prezident müşavirə keçirdi
-
İdman10:42Məşhur məşqçini Ərəbistana aparan bu gözəl imiş - FOTOLAR
-
Dünya10:12Çin bunu da bacardı: Elə təyyarə hazırlanıb ki...
-
Nida Xəbər 10:06Elmar Vəliyevin qaynına yüksək vəzifə verildi
-
ABŞ08:47Tramp özünü Venesuela prezidenti elan etdi
-
Magazin206:16Hadiseylə Fulya Öztürk arasında qalmaqal





































