Sosial
Xəbərdarlıq: Təkər şinlərinin hündürlüyü bu qədər olmalıdır
Payız-qış mövsümündə qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində avtomobillərin təkərlərinin mövsümə uyğun olmaması başlıca yer tutur. Qarlı, yağışlı havalarda su, qar və ya buzla örtülmüş yollarda avtomobil idarə etmək çətin və təhlükəlidir. Lakin burada sürücünün hazırlığı, təcrübəsi ilə yanaşı, avtomobilin təkərlərinin fəslə uyğun olub-olmaması, habelə şinlərin protektorundakı naxışların qalmış hündürlüyünün normalara uyğunluğu həlledici rol oynayır.
Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında qeyd olunub.
Bildirilib ki, qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6 millimetr, yük avtomobillərində 1 millimetr, avtobuslarda 2 millimetr, motosiklet və mopedlərdə 0,8 millimetrdən az olduqda, eləcə də şinlərdə kord çılpaqlaşdıqda, karkas təbəqələrə ayrıldıqda, protektor və şinlərdə yan rejimin qopması kimi yerli zədələr olduqda, nəqliyyat vasitəsinin istismarına yol verməməli, nasazlıq aradan qaldırılmalıdır.
“Mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun olması mühüm şərtdir”, - məlumatda vurğulanıb.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu



































