Sosial
Əvəz Zeynallının həyat yoldaşı: Bankla bağlı problem həll edildi
Türkiyədə bağırsaq xərçəngi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bank kartı ilə bağlı yaranmış problemin həll edildiyini deyib.
Publika.az xəbər verir ki, M.Zeynallı Teleqraf-a açıqlamasında Kapital Bankın nümayəndələrinin onunla əlaqə saxladığını vurğulayıb.
“Bizimlə əlaqə saxladılar və bildirdilər ki, hesab kartı yoxlanılıb, hər hansı problem yoxdur. Bu gün yenidən kartı yoxlayacağıq. Xalqımıza təşəkkür edirəm, əllərindən gəldiyi qədər yardım kampaniyasına qoşulublar", - deyə jurnalistin həyat yoldaşı deyib.
M.Zeynallı qeyd edib ki, bu gün həyat yoldaşının ikinci kimyaterapiyasıdır: "Səhhəti stabil və nəzarət altındadır”.
Qeyd edək ki, jurnalist Əvəz Zeynallı bağırsaq xərçəngindən əziyyət çəkir və hazırda Ankarada müalicə alır. Müalicə xərclərinin qarşılanması üçün ictimaiyyətə müraciət olunub və yardım kampaniyası başlayıb. Ailənin bildirdiyinə görə, Kapital bank kartına blok qoyulduğundan vəsaitin istifadəsi mümkün olmayıb.
-
Sosial10:24Hövsanda sakinlərə kütləvi şəkildə borc yazıldı: Qalmaqal - VİDEO
-
Maraq dünyası10:02İnternetdə 15 il kişi adı ilə 100-ə yaxın qadını aldatdı - FOTO
-
MDB09:41Köhnə Yeni ili qeyd etməyin sirri: Keşiş izah etdi
-
Magazin209:00Daha bir əfsanəvi musiqiçi HƏYATLA VİDALAŞDI
-
ABŞ08:48Atasını, qardaşını, əmisini və daha 3 nəfəri qətlə yetirdi - ŞOK DETALLAR
-
Dünya08:24Dəhşətli təyyarə qəzası - Məşhur müğənni də HƏLAK OLDU
-
Magazin106:16Qızının ad günündən paylaşım etdi - VİDEO
-
Hadisə03:43Bakıda toy zamanı şadlıq sarayında YANĞIN - VİDEO




























.webp)









