Sosial
Bakıda soyuducuda narkotik saxlayan ata və oğul tutuldu
Narkotik maddələr satan ata və oğlu ifşa edilib.
Daxili İşlər Nazirliyindən (DİN) Publika.az-a verilən məlumata görə, onlar narkotikləri soyuducuda saxlayıblar.
Məlumata əsasən, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.
Onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.
D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz görüşlər gündəminizi dəyişə bilər
-
Avropa14 Dekabr 22:48Fiko Ukraynanı qara dəliklə müqayisə etdi
-
Əmlak14 Dekabr 22:36Bakının məşhur universitetində SÖKÜNTÜ BAŞLAYIR
-
İdman14 Dekabr 22:00“Qarabağ”ın prezidenti Əkbərə klubun formasını təqdim etdi - VİDEO
-
Yaxın Şərq14 Dekabr 21:36Suriyada İŞİD-ə qarşı əməliyyat başladı
-
Sosial14 Dekabr 21:12Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO
-
İdman14 Dekabr 20:12Nəriman Axundzadə tənqidlərdən sonra QOL VURDU - VİDEO
-
Sosial14 Dekabr 18:48Azərbaycanda sabiq nazir qəfil VƏFAT ETDİ - FOTO



















.jpg)














