Sosial
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi - VİDEO
Yay fəslinin gəlişi və havaların isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, aşağıdakılar qadağandır:
- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;
- suda kobud hərəkətlər etmək;
- çimərlikdə balıq tutmaq;
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
- çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
-
Avropa22:48Fiko Ukraynanı qara dəliklə müqayisə etdi
-
Əmlak22:36Bakının məşhur universitetində SÖKÜNTÜ BAŞLAYIR
-
İdman22:00“Qarabağ”ın prezidenti Əkbərə klubun formasını təqdim etdi - VİDEO
-
Yaxın Şərq21:36Suriyada İŞİD-ə qarşı əməliyyat başladı
-
Sosial21:12Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO
-
İdman20:12Nəriman Axundzadə tənqidlərdən sonra QOL VURDU - VİDEO
-
Sosial18:48Azərbaycanda sabiq nazir qəfil VƏFAT ETDİ - FOTO
-
Magazin118:12"Eşidəndə ki, kimsə rəhmətə getdi, sevinirəm"



















.jpg)














