Nida Xəbər
TDT ölkələri təsdiq etdilər - Hazırlıqlar başlayır
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə hazırlıqlarını təsdiq ediblər.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Astanada Türk Ticarət və Sənaye Palataları İttifaqının 3-cü Baş Assambleyası çərçivəsində Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva Azərbaycan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın biznes icmalarının nümayəndələri, həmçinin Türk İnvestisiya Fondu və Türk dünyası bələdiyyələri İttifaqının rəhbərləri ilə görüşlər keçirib.
"Görüşlər zamanı türk dünyası dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarətin genişləndirilməsi, həmçinin iştirakçı ölkələrin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib", - məlumatda qeyd olunub.
Bildirilib ki, ticarət-sənaye palataları işgüzar dairələr arasında birbaşa dialoqun qurulmasında və dövlətlərarası razılaşmaların konkret iqtisadi layihələrə çevrilməsində mühüm rol oynayır. Birlik ölkələrində tərəfdaşlığın inkişafının əsas alətlərindən biri hesab olunan Türk İnvestisiya Fondu çərçivəsində işin aktivləşdirilməsinin zəruriliyinə ayrıca diqqət yetirilib. Türkdilli ölkələrdə turizm və turizm sənayesinin inkişafı, eləcə də nəqliyyat-logistika marşrutları, sənaye əməkdaşlığı, rəqəmsallaşma və süni intellekt də daxil olmaqla innovativ həllərin tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib.
"Görüşlərin yekununda tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə və tərəfdaş ölkələrlə praktiki əməkdaşlığın inkişafına hazır olduqlarını təsdiq ediblər", - mətbuat xidməti əlavə edib.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ







.jpg)


























