Sosial
1 saata gələn təcili yardım xidməti: Araşdırma başlanıldı - FOTOLAR
Ölkə vətəndaşlarının əksəriyyəti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təcili yardım xidmətinin keyfiyyətindən narazıdır. Onlar təcili yardım xidmətlərini qənaətbəxş hesab etmir.
Bununla bağlı Publika.az-a şikayət daxil olub.
Vətəndaş İlhamə Əbülfətin sözlərinə görə, o, bu gecə saat 01:26-da səhhətində yaranan problemə görə təcili yardım xidməti çağırıb. Lakin təcili yardım çağırılma müddətindən 1 saat 10 dəqiqə sonra, 02:36-da gəlib:
“Təcili yardım xidmətinə ilk zəngimizdən sonra da bir neçə dəfə zəng etdik. Dedilər ki, biz başqa bir ünvanda idik, məlumat bürosundan gec bildirildiyi üçün gecikmə olub. Özlərinin təqdim etdiyi sənəddə də nə qədər gecikdikləri əks olunub”.
Daha əvvəl təcili yardım xidməti ilə bağlı yaşanan gecikmə problemləri tıxac ilə əlaqələndirilirdi. Bəs gecə saatlarında yaşanan gecikmənin səbəbi nə ilə əlaqələndiriləcək? Axı gecə saatlarında paytaxt yolları boş olur. Əgər təcili yardım xidməti gecə saatlarında da ünvana vaxtında çatmırsa, deməli problem heç də tıxacla bağlı deyil. Sadəcə olaraq təcili yardım xidməti keyfiyyətsiz, nöqsanlı, yarıtmaz fəaliyyətini məhz bu cür bəhanələrlə ört-basdır etməyə çalışır. Gecə saatlarında, günün tıxacsız vaxtında nə az, nə çox düz 1 saat 10 dəqiqə gecikmənin başqa izahı yoxdur...
Onu da qeyd edək ki, TƏBİB Publika.az-ın məsələ ilə bağlı sorğusuna cavabında hazırda məsələ ilə bağlı araşdırma aparıldığını bildirdi. Araşdırma tamamlandıqdan sonra sözügedən problemin səbəbləri təqdim olunacaq.
Roza Şəfiyeva
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu







.jpg)
































