Sosial
Xəbəri olmadan bağban vəzifəsində işləyir - Tragikomik hadisə
İşləmir, lakin 150 manat maaş aldığı göstərilir.
Publika.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, belə bir vəziyyətlə paytaxtda yaşayan Qəbələ rayon sakini Fərhad Bayramov üzləşib.
Onun sözlərinə görə, heç bir yerdə işləmir. Amma rəsmi olaraq işlədiyi müvafiq sistemdə qeyd olunub. Hətta 150 manat məbləğində məvacib aldığı göstərilir.
Fərhad Bayramov bildirib ki, rəsmi iş yerində adı olduğundan onu digər yerlərə işə qəbul etmirlər. O, bununla bağlı lazımi yerlərə müraciət etdiyini də deyir.
Hüquqşünaslar isə bildiriblər ki, belə halla üzləşən vətəndaşlar mütləqdir ki, əvvəlcə hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Qanuna uyğun olaraq həmin şirkət müəyyən edildikdən sonra məhkəmə yolu ilə işə baxılmalı və qərar verildikdən sonra barəsində müvafiq tədbir görülməlidir.
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı




































