Dünya
Bəşəriyyət bu tarixdə yox ola bilər - Fizikdən ŞOK PROQNOZ
Fizika üzrə Nobel mükafatı laureatı Devid Qross bəşəriyyətin yaxın 30–40 il ərzində ekzistensial təhlükə (varlığını itirmə riski) ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Publika.az "Daily Mail"ə istinadla xəbər verir ki, 2004-cü ilin laureatı olan alim xüsusilə nüvə müharibəsi riskinin artmasından ciddi narahatlığını ifadə edib.
Fizikin fikrincə, son onilliklərdə geosiyasi münaqişələrin kəskinləşməsi və beynəlxalq silahlara nəzarət sazişlərinin zəifləməsi vəziyyəti daha da pisləşdirib. O qeyd edib ki, hazırda dünyada doqquz nüvə dövlətinin olması münaqişə ehtimalını iki fövqəldövlətin qarşıdurması dövrü ilə müqayisədə xeyli artırır.
Qrossun diqqət çəkdiyi digər bir təhlükə isə süni intellektin (Aİ) hərbi sistemlərə inteqrasiyasıdır. O xəbərdarlıq edib ki, Sİ insandan daha sürətli hərəkət etdiyi üçün ondan istifadə etmək cazibədar görünsə də, bu sistemlərin səhv qərar vermə və ya yanlış nəticələr hasil etmə ehtimalı var. Kritik qərarların maşınlara həvalə edilməsi bəşəriyyət üçün fəlakətli ola bilər.
Buna baxmayaraq, alim nikbinliyini tam itirməyib. O vurğulayıb ki, bəşəriyyət əvvəllər də qlobal təhdidlərə reaksiya verməyi bacarıb və siyasi iradə sayəsində bu riskləri azaltmaq mümkündür.
"Bu təhlükələri biz özümüz yaratmışıq. Onları dayandırmaq da bizim əlimizdədir", - deyə o yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı

































.jpg)


