İdman
"Barselona" Avropa çempionu ilə razılığa gəldi
“Barselona” “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Bastoni “Barselona”nı “İnter”dən ayrılmaq üçün yeganə klub kimi görür. Bu səbəbdən o, transferi müzakirə etmək üçün “neradzurri” rəhbərliyi ilə görüşmək istəyir.
Hazırda İtaliya millisinin müdafiəçisinin illik maaşı 5,5 milyon avrodur. “İnter” yeni müqavilədə ona 7 milyon avro təklif etməyə hazırdır, lakin Kataloniya klubu daha yüksək əməkhaqqı vəd edir.
“İnter” futbolçunun transfer qiymətini 70–80 milyon avro olaraq müəyyənləşdirib, “Barselona” isə 55–60 milyon avro təklif etməyə hazırdır. Bastoni isə ümid edir ki, Milan klubu qiymətdə müəyyən güzəştə gedəcək.
AÇ-2020-nin çempionu hazırda “Barselona”nın idman direktoru Dekonun son qərarını gözləyir. Transfer üçün baş məşqçi Hans-Diter Flikin razılığı da tələb olunur.
Qeyd edək ki, Bastoninin “İnter”lə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. "Transfermarkt" onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
O, 2017-ci ildən “İnter”də çıxış edir və bu müddətdə 295 oyunda 8 qol vurub və 30 assist edib. 2025/2026 mövsümündə isə 37 oyunda 2 qol və 6 assistlə yadda qalıb.
Heybət
-
ABŞ22:32Tramp arzusunu açıqladı: 2032-ci ilə qədər...
-
Magazin222:18Haluk Levent reanimasiyaya yerləşdirildi
-
İqtisadi gündəm21:51Azərbaycan-İran sərhədi ilə bağlı yeni qərar
-
Hadisə21:00Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə baş verdi
-
Magazin120:00300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti
-
Sosial18:50Gürcüstana gedənlərin diqqətinə - 12 manatlıq sığorta nələri qarşılayır?
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO








.jpg)



























