İdman
Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
Braziliyalı influenser və hüquqşünas Deolane Bezerra Neymarla əlaqəli fonda 170 min funt sterlinq köçürməsindən sonra araşdırmanın mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, polis onun hesablarında böyük məbləğli pul hərəkətlərini aşkarlayıb. Bir ay ərzində 778 min funt sterlinqdən çox vəsait dövriyyəsi olub. İstintaqın məlumatına görə, bu pullar qeyri-qanuni qumar, fırıldaqçılıq və narkotik dövriyyəsindən əldə olunan vəsaitlərin yuyulması üçün influenserlər və musiqiçilərdən istifadə edən kriminal şəbəkə ilə əlaqəli ola bilər.
Bildirilir ki, Bezerra əvvəlcə prodakşn şirkətindən təxminən 63 min funt sterlinq alıb, daha sonra 170 min funt sterlinqi fonda, 161 min funt sterlinqdən çox vəsaiti isə avtosalona köçürüb. Bu əməliyyatların aydın biznes məqsədi olmadığı üçün şübhələr doğurur.
Neymarın özü iş üzrə fiqurant deyil. Axtarışlar zamanı avtomobillər, zinət əşyaları, silahlar, texnika və nağd pul müsadirə edilib. Araşdırma davam edir, Bezerra isə yeni ittihamlarla bağlı açıqlama verməyib.
O, daha əvvəl də qanunsuz mərc və dələduzluq işləri üzrə saxlanılıb. Lakin günahını inkar edib.




-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz
-
Kriminal20 İyun 23:48Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü
-
İdman20 İyun 23:36Qurban Qurbanov təsdiqlədi: “Çox ciddi danışıqlar gedir”
-
Magazin120 İyun 23:12Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO
-
Maraq dünyası20 İyun 21:48Xəyanəti bağışlamağa hazır olan insanların SAYI HESABLANDI
-
Ekologiya20 İyun 21:36Ağstafaya yumurta boyda dolu yağdı - FOTO
-
İdman20 İyun 20:48Əfsanə futbolçuların sevgililərini qınadı - Bu nə dəbdir?







.jpg)

















.jpg)









