Sosial
Avtobuslar gecə saat 12-yə kimi işləyəcək - RƏSMİ

Bir çox hallarda ictimai nəqliyyat saat 24:00-a kimi işləyəcək.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.
O bildirib ki, hazırda yetərli sayda avtobusun daşımalara cəlb edilməsi üçün müəyyən tədbirlər görülsə də, mövcud model məsələnin sistemli həllinə imkan vermir:
“Bu da marşrutda işləyən avtobuslar arasında intervalın artması və ya günün müxtəlif saatlarında ümumiyyətlə avtobusların işləməməsi ilə nəticələnir. Xüsusən axşam saatlarda bəzi marşrutlar sərnişin sayı az olduğuna və nəticədə rentabelli olmadığına görə xətdən çıxarılır və və depoya yönləndirilir”.
O əlavə edib ki, yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımaları üzrə qrafiklər daha çevik qurulacaq:
“Bir çox halda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə daha gec saatlara qədər də xidmətin göstərilməsi imkanları qiymətləndiriləcək”.

-
Nida Xəbər 13:16
Simonyanın Bakıya səfəri zamanı hansısa razılıq əldə olunub?
-
İqtisadi gündəm11:27
2600 manat müavinət kimlərə ödəniləcək?
-
Dünya09:54
İngiltərədən Rusiya və Çinə gözlənilməz hədiyyə: Sensasion hesabat
-
Sosial09:36
Bakıya giriş pullu olacaq - Bu tarixdən etibarən....
-
Rəsmi xronika09:27
İlham Əliyev forum iştirakçılarına müraciət etdi
-
Dünya09:18
Həsən Mutludan İmamoğlu haqqında şok etiraf: Görün necə bir şəbəkə qurubmuş
-
Hadisə08:48
Bakıda yaşayış binasında yanğın baş verdi - VİDEO/YENİLƏNDİ
-
Dünya08:36
İki Koreya niyə birləşmir? - KXDR lideri səbəbini AÇIQLADI