Sosial
Təqaüdçü və tələbələrə ŞAD XƏBƏR - Güzəştli gedişhaqqı tətbiq olunacaq
Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gedişhaqqı mexanizmlərinin tətbiqi mümkün olacaq.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağsız ödəniş sisteminə təşviq edəcək.
"Böyük sayda fərdi avtomobillərin şəhərə daxil olması sıxlıq, tıxac yaradır və bununla yanaşı şəhərin bir çox yerində ümumi hərəkətin intensivliyinə, ictimai nəqliyyatın hərəkətinə, mikromobillik vasitələrin təhlükəsiz sürüşlərinə maneə yaradır, ekoloji vəziyyəti pisləşdirir, səs kirliliyi artırır. Ödənişli hərəkət zonalarının tətbiqi sözügedən problemləri həll etməyə yönəlmiş beynəlxalq təcrübədir",- deyə o bildirib.
-
MDB08:12Lukaşenko Çin dilini öyrənməyin SİRRİNİ AÇDI
-
İdman08:00Keçmiş hücumçu 45 yaşında VƏFAT ETDİ - FOTO
-
Magazin205:45Serenay Sarıkayanın 425 minlik kürkü
-
Magazin101:41Monika Belluççi qala gecəsinə elə köynəkdə qatıldı ki... - FOTO
-
Sosial01:11Yarım milyon manatı mənimsəməkdə ittiham olunan çobanın valideynlərindən AÇIQLAMA - VİDEO
-
Elm və təhsil00:45Azərbaycanın ən gənc rektoru - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ideya gəlir mənbəyinə çevrilə bilər
-
MDB15 Yanvar 23:48Kadırovun oğlunun yüksək vəzifəyə təyinatı TƏSDİQLƏDİ








.jpg)



























