Sosial
Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetində görüş - FOTO
21 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik Türkistana səfəri çərçivəsində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində ilahiyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib.
Publika.az xəbər verir ki, görüş zamanı elm və təhsil sahəsində əməkdaşlıq imkanları, gənc nəslin dini-mənəvi dəyərlər ruhunda tərbiyəsi və gələcək birgə layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Tələbələr Dr. Salim əl-Malikin təcrübəsi və fikirlərindən faydalanaraq, onların suallarına cavab alıblar.
Daha sonra qonaqlar "Divani Lüğət it-Türk" adlı Beynəlxalq Sərgi ilə tanış olublar. Sərgidə nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektini əks etdirən əşyalar təqdim olunub. Qeyd etmək lazımdır ki, sərgi 10 iyun 2025-ci ildə universitetdə Türk Mədəniyyəti və İrsi Fondu ilə Türküstan vilayəti Akiminin birgə əməkdaşlığı ilə açılıb.
Tədbirin sonunda Dr. Salim əl-Malik gənclərin elm və maarifə olan marağını yüksək qiymətləndirərək, onların gələcəkdə Türk-İslam dünyasının inkişafında mühüm rol oynayacaqlarını vurğulayıb.
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda










.jpg)


.jpg)





















.jpg)
