İdman
Bu gözəl tarixə düşmək istəyir: FİA-nın prezidenti olmaqla

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti postuna sensasion namizəd ortaya çıxıb.
Publika.az xəbər verir ki, qurumun tarixində ilk dəfə qadın seçki yarışına qoşulub.
28 yaşlı Laura Villars sosial şəbəkələrdə namizədliyini açıqlayaraq mediaya müraciət edib: "Mən daha demokratik, şəffaf, qadınlar və gənclər üçün açıq idarəçilik istəyirəm. Avtomobil idmanına müxtəliflik və innovasiya lazımdır ki, yeni nəsli ilhamlandırsın".
Qeyd edək ki, Villars Cenevrədə anadan olub, menecment üzrə diplomu var və aktiv şəkildə avtoidmanla məşğuldur. O, karyerasına "Ultimate Cup"da başlayıb, daha sonra "Formula 4" BƏƏ, "Ferrari Challenge Europe" yarışlarında iştirak edib, hazırda isə Avropa Liqier seriyasında çıxış edir. Həmçinin sürət mövzularında "YouTube" kanalı var və elit daşınmaz əmlak sahəsində çalışıb.
FİA prezident seçkiləri 2025-ci il dekabrın 12-də Daşkənddə keçiriləcək. İndiki rəhbər Məhəmməd Ben Sulayem rəqibsiz favorit sayılırdı. Lakin Villarsla yanaşı, keçmiş FİA stüardı Tim Meyer də namizədliyini irəli sürüb. "The Race"-in məlumatına görə, Villars hələ rəsmi ərizə təqdim etməyib, amma artıq beş bənddən ibarət seçki platformasını dərc edib.

-
İdman17:07
Əfsanə özünə yeni sevgili tapdı: Aralarında 38 yaş fərq var - FOTOLAR
-
Nida Xəbər 16:42
İlham Əliyev və xanımı rəsmi qəbulda iştirak etdi
-
Sosial15:20
Onlara yeni vəzifə verildi
-
İdman14:00
"Neftçi" ulduz futbolçu ilə anlaşa biləcək? - DETALLAR BƏLLİ OLDU
-
Nida Xəbər 13:50
Aeroportda yeni taksi qiymətləri: Ombudsman narazıdır!
-
Kriminal13:10
İlhamə Elşadqızına hökm oxundu
-
Nida Xəbər 12:03
Əli Əsədov qərar imzaladı
-
MDB11:14
Məhkəmədən qaçan Qarabağ separatçısı Ermənistan konsulluğunda öldü - DETALLAR