"Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı"
Bizi izləyin

Magazin1

"Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı"

"Kanal S"də "Sözün bitdiyi an" verilişinin aparıcısı kimi tanınan Nigar Fərhadın rəhbəri olduğu "Aid Group" xaricdə təhsil şirkəti ilə bağlı dələduzluq iddiası var.

Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, şikayətçi Anar Hüsizadənin valideyni Nəsimi Hüsiyev Nigar Fərhadın iştirakı ilə keçirilən konsultasiya zamanı onlara oğlunun Amerika və Avropa universitetlərinə qəbul prosesinin təşkil olunacağının vəd edilidiyini bildirib.

Valideynin sözlərinə görə, bunun müqabilində 5 100 manat ödəniş alınıb:

"Lakin ödənişdən sonra hər hansı iş görülməyib. Şirkət bizə oğlumun Polşadan viza ala bilməyəcəyini deyərək müraciətimizi geri çəkməyi istədi. Ancaq əksinə, vizamız təsdiqləndi və övladım Polşada universitetə qəbul olundu. Şirkət isə heç bir sənəd toplamadı, prosesi başlatmadı".

N.Hüsiyev qeyd edir ki, pulu geri tələb etdikdə şirkət məsələni yalnız vəkil vasitəsilə həll edə biləcəklərini deyib:

"Nə ödənişi qaytardılar, nə də işimizə baxdılar. Hazırda şirkət zənglərə cavab vermir. Ofisə müraciət etdikdə isə digər vətəndaşların da oxşar problemlərlə üzləşdiklərini gördüm".

Şikayətçi aidiyyəti qurumlardan "Aid Group"un fəaliyyətinin araşdırılmasını və ödənilmiş məbləğin geri qaytarılmasını xahiş edir.

Sözügedən məsələ üzrə şirkətin nümayəndəsi ilə əlaqə saxlanılmağa çalışılsa da zənglərə cavab verən olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm