Mübariz İbrahimovun öldürülməsi ilə bağlı sənədlər tədqiq olundu
Bizi izləyin

Sosial

Mübariz İbrahimovun öldürülməsi ilə bağlı sənədlər tədqiq olundu

Bu gün Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi ilə bağlı məhkəmə prosesi iş üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

Publika.az xəbər verir ki, məhkəmədə Azərbaycan Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun, habelə Abdullayev Əhməd Hüseynağa oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və Əhmədov Fərid Güloğlan oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan olunub.

Sənədlərin elanı ilə paralel olaraq bir sıra fotoşəkillər nümayiş etdirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm