Sosial
Bəzi qüvvələr Cabiri başqa cür göstərmək istəsələr də... - Tahir İmanov

İlk növbədə uca Allaha həmd olsun ki, mənə və ailəmə bu gözəl günləri nəsib etdi. Cabirlə 49 il gözəl bir həyat yaşadıq.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Xalq artisti Tahir İmanov qardaşı Cabir İmanovla vida mərasimində deyib.
"O, çox dəyərli bir ömür yaşadı, zəngin, qayğısız, Şuşalı, Şuşasız və yenidən Şuşalı günlərimizin şahidi oldu.
Bu dövlətə və dövlətçiliyə xidmət etmək onun üçün şərəf idi. Bəzi qüvvələr Cabiri başqa cür göstərmək istəsələr də, Uca Allah kimi ucaltsa, ona heç kim mane ola bilməz. O, nümunəvi bir ata, övlad və insan idi. Mən ondan iki yaş böyüyəm, amma ondan çox şey öyrəndim.
Onun üçün həyatın mənası yalnız Şuşa idi. Yenə də şükürlər olsun! Eşq olsun bizi Qarabağa gətirən İlham Əliyevə!
Həmin gün Cabir özünə yer tapa bilmədi və mənə dedi ki, ailəmi sənə tapşırıram, mən müharibəyə gedirəm. Getdi, amma dövlətimiz ona dedi ki, sənin hələ vaxtın deyil. Mən isə gizlicə yollandım. Bilirdim ki, nə olursa-olsun, Cabir ailəmə baxacaq.
Şuşa azad edildikdən sonra dövlətimiz tərəfindən bir təklif gəldi və ilk dəvət Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşkil olunan konsert idi. O konsert onun rəhbərliyi ilə keçirildi. Mən qardaşdan yetim qaldım. Haqqınızı halal edin", - T.İmanov əlavə edib.
-
Dünya15:36
Sarışın qatillər: Kişilərdən daha amansızdırlar, bir qətl üçün...
-
İdman14:19
Qurban Qurbanov: Bu elə bir oyundur ki...
-
İdman13:37
Rövşən Nəcəf Ayxan Abbasovla niyə görüşüb? - AFFA-da müəmmalı vəziyyət
-
Magazin113:17
Cabir İmanovun vida mərasiminə görə Türkiyədən Bakıya gəldilər - FOTO
-
Sosial13:15
Sabah hava yağıntılı və küləkli olacaq
-
Magazin112:43
Cabir İmanovun məşqçisi danışdı - VİDEO
-
Sosial12:03
Metroda gedişhaqqı məsələsi parlamentdə müzakirə olundu
-
Ekologiya11:20
Təhlükəli "üzük"lər, hanniballar və... - Qədim gölün SİRR DÜNYASI