Əhmədzadənin şirkəti bu ölkədə 2,1 milyon avro vergi ödəyib - DETALLAR
Bizi izləyin

Sosial

Əhmədzadənin şirkəti bu ölkədə 2,1 milyon avro vergi ödəyib - DETALLAR

Ötən ay həbs olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin adının keçdiyi şirkətlərlə bağlı bir sıra detallar məlum olub.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, 2022-ci il üçün dərc edilmiş hesabatlara əsasən, sözügedən şirkət Maltada 42,4 milyon avro mənfəət əldə edib. Şirkət bu gəlirdən cəmi 2,1 milyon avro vergi ödəyib. Rəsmi mənbələr təsdiq edir ki, A.Əhmədzadənin Maltada qeydiyyatdan keçmiş şirkəti xarici şirkətlərə tətbiq edilən 5%-lik aşağı vergi dərəcəsini ödəyir.

Rusiya neftininin qanunsuz satışında ittiham olunan şirkət hər il Malta hökumətini on milyonlarla potensial və əlavə vergi gəlirlərindən məhrum edib. Belə ki, A.Əhmədzadəyə məxsus şirkət heç bir məhsul istehsal etmir və iqtisadiyyata hər hansı dəyər qatmır. Şirkət əsasən bunker sənayesində hər kəsin təklif edə biləcəyi brokerlik və ticarət xidmətləri göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm