Sosial
Mənzillərdə it saxlamaq qadağan olundu: Ağır cərimələr tətbiq olunacaq

Çoxmənzilli binalarda təhlükəli adlandırılan it cinslərinin saxlanmasına qoyulan qadağa gözlənilməz nəticələrə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına Rusiya Kinoloji Təşkilatlar İttifaqının prezidenti Vladimir Urajevski danışıb.
"Bu, düşünülməmiş təşəbbüsdür. Tutaq ki, ailədə təhlükəli it cinsi var, bəs qadağadan sonra bununla nə etsinlər? Mənzili satsınlar, uşaqları məktəbdən buraxsınlar, yoxsa başqa yerə köçsünlər?", - deyə Urajevski bildirib.
Mütəxəssis xəbərdarlıq edib ki, belə vəziyyətdə olan insanlar ev heyvanlarından qurtulmağa başlaya bilərlər. Sığınacaqlar dolacaq və bəzi itlər küçələrdə qalmaq riski ilə üzləşəcək.
Urajevskinin fikrincə, təhlükəli cinslər prinsipcə mövcud deyil. Hər şey heyvanın tərbiyəsindən və ona göstərilən qayğıdan asılıdır. O vurğulayıb ki, itlər əmrləri bilməli, ictimai yerlərdə özlərini düzgün aparmalı, həmişə ağızlıqda olmalıdırlar.
O, həmçinin qeyd edib ki, ev heyvanlarının sərbəst gəzməsinə icazə verilməməlidir. Buna görə də o, heyvanların qeyri-adekvat davranışına görə cərimələrin artırılmasına çağırıb. Urajevski ABŞ-ı misal çəkib. Hansı ki, "Cek Russell" cinsindən olan itin sahibi onu sərbəst gəzdirdiyinə görə 3000 dollar, ikinci xəbərdarlıqda 5000 dollar cərimələnib. Mütəxəssis deyib ki, qayda üçüncü dəfə pozulursa, it evtanaziya ediləcək.
Dövlət Dumasının deputatı İqor Antropenko isə heyvan sahibliyinin məhdudlaşdırılmasını təklif edib. O, potensial təhlükəli cinslərin hökumət tərəfindən təsdiq edilmiş siyahısına istinad edib. Siyahıya 12 cins daxildir: "Akbaş", "American Bandogge", "Ambulldog", "Brazilian Bulldog", "Bully Kutta", "Alapaha Bulldog" (Otto), "Bandoq", canavar-it hibridləri, canavar iti, "Quldoq", "Pitbull Mastif", "Şimali Qafqaz Çoban iti" və bunların çarpaz cinsləri.
Adəm
-
İdman13:49
"Fənərbağça"nın oyunu bu kanalda - TV AFİŞA
-
Köşə13:00
122 minlik qızılın altında əzilən sənət: Kimdir müqəssir?
-
İdman12:53
Elvin Silvanın haqqına girib? - Bir-birimizin gözünün içinə baxırdıq...
-
Rəsmi xronika12:37
İlham Əliyev Kopenhagendə açılış mərasimində iştirak etdi - YENİLƏNDİ
-
Region10:30
Paşinyanı devirmək üçün İrəvana gələn minlərlə “Vaqner”çi: Araşdırma davam edir
-
İdman10:12
Anri yenə "Qarabağ"dan danışdı: Bu komandanı dayandırmaq üçün...
-
Sosial09:10
Xəzərin məyus edən görüntüləri: Axırı necə olacaq? - VİDEO
-
Nəqliyyat08:24
Bakıda 13 yolda tıxac var - Siyahı