Sosial
Müəllim bir otaqda eyni vaxtda 2 sinfə dərs keçir

Qəbələnin Tikanlı kəndində yerləşən tam orta məktəbdə I və II sinif şagirdləri eyni sinif otağında dərs alırlar.
Publika.az milli.az-a istinadla xəbər verir ki, valideynlərin sözlərinə görə, müəllim ilk 22 dəqiqəni birinci siniflə, növbəti 22 dəqiqəni isə ikinci sinif şagirdləri ilə keçirir. Bu vəziyyət isə valideynlərin narazılığına səbəb olub.
Onlar bildirirlər ki, məktəbdə kifayət qədər sinif otağı və müəllim heyəti olduğu halda iki müxtəlif sinfin bir yerdə dərs keçməsi doğru deyil. Bu yanaşma uşaqların dərsi mənimsəməsində çətinlik yaradır.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ibtidai siniflərdə şagird sayı 10-dan az olduqda həmin siniflər birləşdirilmiş şəkildə komplekt sinif kimi təşkil edilir. Bu qaydaya görə, birləşdirilmiş siniflərdə ümumi şagird sayı 18 nəfəri keçməməlidir:
"Tikanlı kənd məktəbində hazırda I sinifdə 9, II sinifdə də 9 şagird təhsil alır. Bu da komplekt sinif yaradılması üçün nəzərdə tutulan normativlərə tam uyğundur".
Təhsil idarəsi əlavə edib ki, bu cür siniflərdə dərs prosesi xüsusi təlim metodikasına əsasən həyata keçirilir.
-
Cənubi Qafqaz16:02
Qarabağın işğalında iştirak edənlər medallarını qaytarır - VİDEO
-
Nida Xəbər 15:24
Azərbaycanla sülh: Ermənistan parlamenti layihəni qəbul etdi
-
Nida Xəbər 15:00
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü
-
İdman13:49
"Fənərbağça"nın oyunu bu kanalda - TV AFİŞA
-
Köşə13:00
122 minlik qızılın altında əzilən sənət: Kimdir müqəssir?
-
İdman12:53
Elvin Silvanın haqqına girib? - Bir-birimizin gözünün içinə baxırdıq...
-
Rəsmi xronika12:37
İlham Əliyev Kopenhagendə açılış mərasimində iştirak etdi - YENİLƏNDİ
-
Region10:30
Paşinyanı devirmək üçün İrəvana gələn minlərlə “Vaqner”çi: Araşdırma davam edir