Nida Xəbər
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü

Kopenhagendə, oktyabrın 2-də "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi qeyd olundu və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olundu.
Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunuldu, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. İki ölkə arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.
xxx
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


-
Cənubi Qafqaz16:02
Qarabağın işğalında iştirak edənlər medallarını qaytarır - VİDEO
-
Nida Xəbər 15:24
Azərbaycanla sülh: Ermənistan parlamenti layihəni qəbul etdi
-
Nida Xəbər 15:00
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü
-
İdman13:49
"Fənərbağça"nın oyunu bu kanalda - TV AFİŞA
-
Köşə13:00
122 minlik qızılın altında əzilən sənət: Kimdir müqəssir?
-
İdman12:53
Elvin Silvanın haqqına girib? - Bir-birimizin gözünün içinə baxırdıq...
-
Rəsmi xronika12:37
İlham Əliyev Kopenhagendə açılış mərasimində iştirak etdi - YENİLƏNDİ
-
Region10:30
Paşinyanı devirmək üçün İrəvana gələn minlərlə “Vaqner”çi: Araşdırma davam edir