İdman
İtalyan ulduzun milanlı gözəli: Onlar arasında yaş fərqinə baxın - FOTOLAR

İtaliyalı futbolçu Rikkardo Kalafiori “Arsenal”dakı yeni mövsümə əla başlayıb.
Publika.az xəbər ki, müdafiəçi olmasına baxmayaraq, ilk turda “Old Trafford”da “Mançester Yunayted”in qapısına qələbə qolunu vurub. Bu epizodda Deklan Raysın ötürməsinə elə bil eşqin qanadlarında qalxmışdı. Çünki artıq onun həyatında yeni bir ad var – Maqqi Qalo.
2024-cü ilin sonunda Kalafiori əvvəlki sevgilisi Benedetta ilə ayrılıb. Onların münasibəti bir vaxtlar çox səs-küylü olub. Qız onu efirdə ehtirasla öpür, cütlük isə eyni döymələr etdirirdi. Ancaq ayrılığın səbəbi açıqlanmayıb.
Kalafiori təkliyə çox dözməyib. Yayın sonunda məlum olub ki, o, yeni sevgili tapıb. Maqqi 1996-cı il martın 28-də Milanda anadan olub, hazırda 29 yaşındadır və Rikkardodan 6 yaş böyükdür.
O, modeldir və sosial şəbəkədə 372 min izləyicisi var. Paylaşımlarının çoxu podiumlardan və dəb nümayişlərindəndir. Hələlik Kalafiori ilə birlikdə fotosu yoxdur, amma İtaliya mətbuatı artıq bir aydır futbolçu ilə modelin münasibətindən yazır.
Maraqlıdır ki, Maqqi “Yuventus” azarkeşidir və komandanın demək olar ki, bütün ev oyunlarını izləyir. Milanlı biri üçün bu seçim bir qədər qəribə görünür. Bəlkə də yaxşı olub ki, Kalafiori “Bolonya”dan “İnter”ə yox, İngiltərəyə, Premyer Liqaya yollanıb.
-
Rəsmi xronika17:51
İlham Əliyev Zelenski ilə görüşdü - FOTO
-
Magazin116:46
Cabir İmanovun səs yazısı yayıldı
-
Cənubi Qafqaz16:02
Qarabağın işğalında iştirak edənlər medallarını qaytarır - VİDEO
-
Nida Xəbər 15:24
Azərbaycanla sülh: Ermənistan parlamenti layihəni qəbul etdi
-
Nida Xəbər 15:00
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü
-
İdman13:49
"Fənərbağça"nın oyunu bu kanalda - TV AFİŞA
-
Köşə13:00
122 minlik qızılın altında əzilən sənət: Kimdir müqəssir?
-
İdman12:53
Elvin Silvanın haqqına girib? - Bir-birimizin gözünün içinə baxırdıq...