Sosial
Azərbaycanda bu şəxslərə 1600 manat verilir

Cəza çəkməkdən azad edilmiş, yəni azadlıqdan məhrumetmə cəzasını başa vurmuş və tibbi, sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən müavinət verilir.
Publika.az xəbər verir ki, bu hüquq Azərbaycan Respublikasının vətəndaşlarına, ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, həmçinin digər ölkələrin penitensiar müəssisələrində cəza çəkib üç ay müddətində Azərbaycana daimi yaşamaq üçün qayıdan vətəndaşlara şamil olunur.
Müavinət yalnız penitensiar müəssisə tərəfindən verilmiş cəza çəkməkdən azad edilməsi barədə arayış təqdim olunduqda təyin edilir. Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli, yəni 1600 manat təşkil edir.
Sosial müavinət almaq hüququ olan şəxslərə bu ödəniş müraciət edildiyi tarixdən əvvəlki ən çoxu üç il üçün verilə bilər. Bu addım cəza çəkməkdən azad edilmiş şəxslərin sağlamlığının bərpasına və cəmiyyətə yenidən uyğunlaşmasına dəstək məqsədi daşıyır./Metbuat.az
-
Rəsmi xronika15:26
İlham Əliyevlə Paşinyan arasında ayaqüstü görüş - FOTO/VİDEO
-
Qoroskop13:12
Zəngin olmadan ölməyəcək 4 bürc - Onlar pulu maqnit kimi cəlb edirlər
-
İdman12:36
Kişilər mənə pul verirsə, niyə almayım? - Açıq-saçıq FOTOLARI ilə milyonlar qazanır
-
Sosial11:57
Əli Əsədov yeni qərar imzaladı
-
Elm və təhsil10:52
Azərbaycanda məzunların problemi: Bu siyahıda sonuncu yerdəyik
-
Yaxın Şərq10:49
Tramp İsrailə gəldi - VİDEO
-
MDB10:25
Razim Abbasovun villasında əməliyyat keçirildi - FOTO
-
Nida Xəbər 09:33
"Vüsal 300" kimi tanınan iş adamı ev dustaqlığına buraxıldı