"Arsenal"ın ulduzu 3-cü divizionda
Bizi izləyin

İdman

"Arsenal"ın ulduzu 3-cü divizionda

“Arsenal”ın sabiq ulduzu Cek Uilşir İngiltərənin üçüncü liqasında çıxış edən “Luton Taun”un baş məşqçisi təyin olunub.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Uilşirin köməkçisi İngiltərə yığmasının keçmiş oyunçusu və məşqçisi Kris Pauell olacaq.

“‘Luton Taun’un baş məşqçisi olmaq mənim üçün böyük şərəf və imtiyazdır. Mən 8 yaşımda ilk dəfə "Luton"a gəlmişdim, ona görə də deyə bilərəm ki, taleyin hökmü ilə mənim ilk tamhüquqlu məşqçi vəzifəm məhz burada oldu. Burada olduğuma görə çox sevinirəm və komandaya rəhbərlik etməyi səbirsizliklə gözləyirəm”, – deyə Uilşir bildirib.

Uilşir 2022-ci ildə çoxsaylı zədələrdən sonra fiziki problemlərə görə 30 yaşında futbolçu karyerasını başa vurub. O, məşqçiliyə “Arsenal”ın gənclər akademiyasında başlayıb və 2024/25 mövsümündə “Norviç Siti”yə rəhbərlik edib. Qeyd edək ki, Uilşir futbol karyerasına da məhz “Luton”un gənclər komandasında başlamışdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm