Sosial
Anım Gününə transgender müğənni dəvət edildi - VİDEO
M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət Evində 27 sentyabr Anım günü ilə bağlı təşkil olunan tədbirin proqramı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, Mədəniyyət Evindən Teleqraf-a illik İş Planına uyğun olaraq il ərzində mütəmadi olaraq müxtəlif mövzularda mədəni-kütləvi tədbirlər, ədəbi-bədii gecələr və konsert proqramlarının təşkil olunduğu bildirilib.
"Bu tədbirlər silsiləsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş konsert proqramı çərçivəsində bir neçə sənət nümayəndəsinin çıxışları nəzərdə tutulub. Mədəniyyət müəssisələrində təşkil edilən tədbirlərə dəvət olunmuş ifaçılardan hər hansı birinin ifa tərzi və keyfiyyəti ilə əlaqədar sual yaranırsa, bu barədə mütəxəssislərin də rəyi nəzərə alınmaqla gələcəkdə fərqli repertuar və ifaçılara üstünlük verilməsi təmin olunacaq", - məlumatda qeyd olunub.
Mədəniyyət Evindən bildirilib ki, gələcək tədbirlərin hazırlanması və icrası zamanı yaradıcılığın və bədii zövqün inkişafı, eləcə də mədəni mühitin zənginləşdirilməsi istiqamətində fəaliyyətini daha böyük əzmlə davam etdirəcək, bu sahədə maraqlı və zövq oxşayan proqramlar təşkil edəcək:
"Müəssisə bütün sakinləri və mədəniyyətsevərləri bu tədbirlərdə iştirak etməyə və təqdim olunan proqramlardan yararlanmaya dəvət edir".
Xatırladaq ki, qeyd olunan tədbirə transgender müğənninin dəvət edilməsi sosial şəbəkələrdə narazılıqlara səbəb olub.
-
MDB20:20"Qiyamət radiosu"ndan NATO ölkəsi barədə sirli mesaj
-
Sosial20:10“Qanunsuz pullara görə ailəmiz dağıldı” - Xanımı vəzifəli ərini məhkəməyə verdi
-
Magazin219:30Quldurlar məşhur reperin evinə girib anasını girov götürdülər
-
Kriminal19:1070 kiloqram qızılla tutulan polkovnik-leytenantdan XƏBƏR VAR
-
Nida Xəbər 19:00Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT - FOTO
-
İdman18:50İslam o qələbəyə görə milyonlar qazanıb: Məbləğ açıqlandı
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı
-
MDB17:44Rusiya Türkiyə gəmisini vurdu: Ekipajdakı 16 nəfər... - VİDEO







.jpg)






.jpg)


















