Sosial
Aşqabadda Mahmud Kaşğarinin irsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi - FOTO
ürkmənistanın Aşqabad şəhərində Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində sülh və etimadın rolu müzakirə olunub.
Publika.az xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərində yerləşən Məxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası və Türkmənistan Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbiri Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova açaraq iştirakçıları salamlayıb və Fondun prezidenti Aktotı Raimkulovanın təbrik məktubunu oxuyub. Məktubda vurğulanıb ki, Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Türkmənistanın Fondun müşahidəçi dövlət statusunda rəsmi qəbul edilməsi böyük məmnunluq doğurur.
“Türkmənistanın Türk Mədəniyyəti və İrsi Fondu ailəsinin üzvü olmasından böyük şərəf duyuruq”, – deyə məktubda qeyd olunub.
Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli (onlayn formada), Türkmənistanın YUNESKO üzrə Milli Komissiyasının məsul katibi, Türkmənistanın Qəhrəmanı, fəlsəfə elmləri namizədi Çınar Rüstemova və digər alimlər çıxış ediblər. Natiqlər Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin türk dünyasının elmi və mənəvi irsində tutduğu əvəzsiz roldan bəhs ediblər.
Konfrans iki sessiyadan ibarət olub:
“Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu”
“Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin filologiyaya qazandırdığı töhfələr”
Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Moldova, Birləşmiş Ərəb Əmirlikləri, İran və Hindistandan tanınmış alimlərin qatıldığı konfransda Mahmud Kaşğarinin əsərinin filoloji və mədəni əhəmiyyəti, humanitar elmlərin inkişafında rolu və xalqlar arasında qarşılıqlı anlaşmaya verdiyi töhfələr geniş müzakirə olunub.
Aşqabadda Məxdumqulu Fəraqinin “Aşiq olmuşam” kitabı təqdim edilib
Konfrans çərçivəsində Aşqabad şəhərindəki Məxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən Məxdumqulu Fəraqinin “Aşiq olmuşam” kitabının təqdimat mərasimi də keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Elmi nəşrlər” şöbəsinin müdiri Töhfə Talıbova (onlayn), Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, Türkmənistanın Məxdumqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun baş direktoru Davud Orazsahedov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Məxdumqulu Fəraqinin yaradıcılığı təkcə öz dövrünün deyil, həm də bütün türk dünyasının mənəvi və ədəbi simvoluna çevrilib.
“Fəraqinin poeziyası insanlıq, vətənpərvərlik, ədalət və birliyə çağırış kimi bəşəri dəyərləri tərənnüm edir”, – deyə çıxış edənlər bildiriblər.
Tədbirdə Türkmənistanın elm və mədəniyyət qurumlarının nümayəndələri, Məxdumqulu Türkmən Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, eləcə də Türkmənistanda akkreditə olunmuş diplomatik korpusun üzvləri və media təmsilçiləri iştirak ediblər.
-
Sağlamlıq04:44Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Belə hərəkət böyük uğurlar gətirəcək
-
Nəqliyyat21 May 23:50Tbilisi qatarına ilk bileti o aldı - Vağzalda növbə var
-
Magazin121 May 23:40“Gülləri mən yox, siz gətirməliydiniz" - VİDEO
-
Magazin221 May 22:26Smartfonsuz yaşayan məşhur rejissor - Onun üçün həyat necə davam edir?
-
İdman21 May 21:36Kabab bişirirmiş, oğlu alaya-ağlaya gəlib deyib ki…
-
Art21 May 21:24Avropa bu süfrədən danışır: Saniyəölçən yox, təcrübə lazımdır - VİDEO
-
Magazin121 May 21:12Qızının sürprizi aparıcını ağlatdı










.jpg)



























