Sosial
Ayı hücumuna məruz qalan şəxs: Can şirindir, başladıq boğuşmağa

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Yuxarı Buzqov kənd sakinləri olan ata və oğul ötən gün ayı hücumuna məruz qalıb.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə kənd sakini Məzahir Məmmədovun oğlu ilə birlikdə meşəlik ərazidə giləmeyvə yığarkən baş verib.
Ayı hücumu zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən zərərçəkən hadisənin qəfil baş verdiyini deyib:
"Ayını görəndə döndüm ki, qaçım, amma ayağım arxada daşa ilişib yıxıldım. Bu zaman ayı üstümə atıldı. Can şirindir, başladıq boğuşmağa. Ayı ilə boğuşma təqribən 50 saniyə çəkdi. Məndən aralanıb oğluma tərəf yönəlsə də, nə fikirləşdisə, çıxıb getdi".
Zərərçəkənin oğlu isə bildirib ki, ayının onlara necə yaxınlaşıdığını hiss etməyiblər:
"Meşəyə zirinc yığmağa getmişdik. Gördüm üst tərəfdən itlər gəlir. Sən demə, ayı da onların arxasınca gəlirmiş. Səs eşitdikdən sonra kolların arasından qonur bir şeyin keçdiyini gördüm. Atam məndən 50 metr aşağıda idi. Dedim ki, sənə tərəf nə isə gəlir - qabandır, atdır, bilmirəm nədir. Bunun ayı ola biləcəyi ağlıma gəlmirdi".
Zərərçəkənin yerləşdirildiyi xəstəxananın həkimi Amin İsmayılov onun vəziyyətinin yaxşı olduğunu deyib:
"Xəstənin gövdə nahiyəsində, hər iki aşağı və yuxarı ətraflarında, əl biləklərində deşilmiş, cırılmış yaralar olub. İlkin tibbi yardım göstərilib, stasionar müalicəsinə başlanılıb. Vəziyyəti qənaətbəxşdir".
-
Sosial15:02
Aqil Ələsgərin keçmiş həyat yoldaşı intihara cəhd etdi
-
Sosial14:45
Məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatdı
-
İdman14:07
Qadın futbolunun yeni ulduzu: Azarkeşlər indi də ona aşiq olub - FOTOLAR
-
Magazin213:53
Keçmiş əri Lopeslə bağlı şok faktları açıqladı: Saysız-hesabsız xəyanətlər
-
Sosial13:10
Taksi sürücülərinə XƏBƏRDARLIQ: Bu tarixdə...
-
Region12:00
Ermənistanda axtarış: Təhlükəsizlik qüvvələri bu meriyaya basqın etdilər - VİDEO
-
Rəsmi xronika11:50
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ11:08
Məxfi Xidmət “ov qülləsi” aşkar etdi: Trampın təyyarəsini izləyirmiş