Avropa
Avropadan Gürcüstana İRAD: Hakimiyyət xalqı DİNLƏMİR
Gürcüstan hökuməti öz xalqını dinləmir və Avropa yolu ilə getmək istəmir.
Publika.az xəbər verir ki, bunu Avropa komissarı Marta Kos bəyan edib.
Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl siyasətçi xarici işlər nazirlərinin “Gürcüstanda baş verən həyəcanlı hadisələri” müzakirə edəcəklərini bəyan edib.
"Gürcüstan xalqı son üç seçkidə, eləcə də davam edən etirazlar zamanı nümayiş etdirdi ki, onlar hökuməti yox, Avropanı istəyirlər. Belə görünür ki, onların hökuməti öz xalqını dinləmir və Avropa yolu ilə getmək istəmir", - deyə Kos bildirib.
O deyib ki, hakimiyyətdə olanlar ölkədə Aİ əleyhinə dezinformasiyanın yayılmasına şərait yaradır.
"Buna görə də biz bu yalan bəyanatları və Avropa institutlarına, Avropa təşkilatlarının nümayəndələrinə və üzv dövlətlərimizə qarşı edilən bütün hücumları pisləyirik. Biz həmçinin Gürcüstan hökumətini öz xalqını dinləməyə, inklüziv olmağa, vətəndaş cəmiyyəti ilə əlaqə saxlamağa və onların Avropanın bir hissəsi olmaq istəklərinə əməl etməyə çağırırıq", - deyə Marta Kos fikrini yekunlaşdırıb.
Adəm
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar






































