Sosial
Azərbaycanda kart ovuna çıxan şəbəkə - 78 minlik əməliyyat ifşa olundu

Şəbəkə üzvləri bank və mağaza adından saxta səhifələr yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçiriblər.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bank kartlarından külli miqdarda pul vəsaitinin ələ keçirilməsi ilə bağlı “Telegram” üzərindən fəaliyyət göstərən fişinq şəbəkəsinin işi məhkəmədə araşdırılır.
İstintaq materiallarına görə, təqsirləndirilən şəxs 2024-cü ilin əvvəlindən “Telegram” sosial şəbəkəsində fəaliyyət göstərən “Underground Azerbaijan” və “Dark Money” adlı gizli qruplarda “CETOX”, “MOSSAD2X” və “Olimpus_Prime” profilləri ilə cinayət əlaqəsinə girib.
İttihama əsasən, qrup üzvləri “Instagram” və digər sosial platformalarda bir sıra bank və ticarət şəbəkələrinin adından saxta səhifələr yaradaraq, vətəndaşlara endirim, uduş və lotereya kampaniyaları adı altında fişinq linkləri göndəriblər. Bu səhifələrdə “Azər-Türk Bank”, “Leo Bank” və digər maliyyə qurumlarının, həmçinin müxtəlif mağaza şəbəkəsinin adı altında yalan elanlar yerləşdirilib. “Leo Bank” kartlarının “asan OTP sistemi” səbəbindən bu şəbəkədə daha çox istifadə olunduğu qeyd olunub.
Qrup üzvləri bildiriblər ki, belə kartlardan köçürmə zamanı SMS təsdiqi tələb olunmadığından əməliyyatlar sürətlə həyata keçirilə bilib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu qruplarda kart bazarı da formalaşıb - yeni açılmış kartların qiyməti 150-200 manat, dövriyyəsi çox olan kartların isə 300-400 manat olub. “Azər-Türk Bank”, “Leo Bank” və digər kartlar üçün qiymət fərqləri limitlər və təhlükəsizlik səviyyəsinə görə dəyişib. İstintaqın məlumatına görə, istifadəçilər saxta səhifələrdə kart nömrələrini və OTP kodlarını daxil etdikdən sonra məlumatlar qrup üzvləri tərəfindən ələ keçirilib. Daha sonra bu məlumatlardan istifadə olunaraq vətəndaşların hesablarından vəsaitlər çıxarılıb. Pullar əvvəlcə “M10” və portmanat elektron hesablarına köçürülüb, daha sonra kriptovalyutaya çevrilərək şəbəkə üzvlərinin idarə etdiyi hesablara yönləndirilib.
Bu yolla ümumilikdə 78 382 manat 05 qəpik məbləğində pul vəsaiti oğurlanıb. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, “MOSSAD2X” və “CETOX” tərəfindən idarə olunan qruplarda müxtəlif şəxslərin adına akart və portmanat hesabları açdırıb, həmçinin e-SIM formatında mobil nömrələr əldə edərək OTP təsdiqləri üçün onlara təqdim edib. O, ifadəsində qeyd edib ki, müxtəlif mağazalar şəbəkəsinin adı altında yaradılan saxta səhifələrdə “iPhone 15 Pro Max” və digər modellər barədə yalan endirim elanları paylaşılıb.
OTP kodunu səhifədə yazmayan müştərilərlə “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq, onları kodu daxil etməyə razı salıb. Təqsirləndirilən şəxs etiraf edib ki, oğurluq əməliyyatlarından əldə olunan vəsaitlərin 20 faizini özündə saxlayıb, qalan hissəsini isə “CETOX” və “Olimpus_Prime” profillərinin göndərdiyi kriptovalyuta ünvanlarına köçürüb.
İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs “CETOX” tərəfindən 1 700 ABŞ dolları (təxminən 2 890 manat) məbləğində ödəniş alıb, həmin vəsaiti qismən “M10” hesabına köçürüb, bir hissəsini isə şəxsi xərclərinə yönəldib. Cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi (özgənin əmlakını gizli yolla talama – külli miqdarda) ilə ittiham irəli sürülüb.
Məhkəmə prosesi davam edir.
-
Dünya17:34
Məhbuslar Sarkozini yatmağa qoymadılar: Qisas alacağıq - VİDEO
-
Sosial16:50
Gələn il minimum maaşlar artacaq? - Rəsmi
-
İdman15:20
Vanda Nara yenə qalmaqal yaratdı: Görün hansı futbolçuya mesaj yazıb - FOTOLAR
-
Sosial14:52
Aylıq gəliri 8 min manatdan çox olanların nəzərinə!
-
İdman13:43
Məşhur futbolçunun xoşbəxt etdiyi rus gözəl - FOTOLAR
-
Sosial13:26
DİN-ə yeni səlahiyyət verildi
-
MDB12:42
Rusiyada güclü partlayış: Ölü sayı artdı, matəm elan edildi - Video/Yeniləndi
-
İdman11:55
Elvin Cəfərquliyev Qurban Qurbanovu özündən çıxardı: Belə reaksiya görməmişdiz - VİDEO