"Mançester Siti"nin Çempionlar Liqası oyunundan öncə faciə
Bizi izləyin

İdman

"Mançester Siti"nin Çempionlar Liqası oyunundan öncə faciə

“Mançester Siti”nin azarkeşi Qay Bredşou Çempionlar Liqasının “Vilyarreal”la oyunu ərəfəsində İspaniyada vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə klub məlumat verib.

35 yaşlı Bredşou Mançesterin Vitenshou rayonundan olub və dostları ilə birlikdə Benidorm şəhərində sevimli komandalarının oyununu izləməyi planlaşdırırmış. Dostlarının məlumatına görə, cümə axşamı səhər Bredşou yatağında ölü tapılıb. “Mançester Siti” rəsmi açıqlama yayıb və baş verən hadisəyə görə dərin kədərləndiyini bildirib:

“Biz Qay Bredşounu İspaniyada faciəli şəkildə vəfat etməsindən dərin kədərləndik. Klubun bu çətin vaxtda onun ailəsinə, dostlarına və digər azarkeşlərə başsağlığı verir. Bir dəfə mavi – həmişə mavi”, - açıqlamada deyilir.

Hadisənin şübhəli hesab olunmadığı bildirilir, lakin dəqiq səbəb hələ təsdiqlənməyib. Faciə ilə əlaqədar olaraq, mərhumun ailəsi və dostları onun cəsədini evə gətirmək, qızına dəstək olmaq məqsədilə "GoFundMe" səhifəsi açıb, çünki azarkeşin səyahət sığortası olmayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm