İsrailin Türkiyə qorxusu: Bu, ən böyük strateji səhvlərdən biridir
Bizi izləyin

Dünya

İsrailin Türkiyə qorxusu: Bu, ən böyük strateji səhvlərdən biridir

“Times of Israel” qəzeti “Qəzzada türk tələsi” başlıqlı məqaləsində atəşkəsdən sonrakı vəziyyəti təhlil edib.

Publika.az xəbər verir ki, nəşr Qəzzadakı dağıntıları təmizləyən buldozerlərdə Türkiyə bayraqlarının nümayişinə işarə edərək, bunun Təl-Əviv üçün fəlakətli uğursuzluq olduğunu yazıb.

Bildirilib ki, İsrail ABŞ prezidenti Donald Trampın Türkiyənin Qəzzada aktiv iştirakına imkan verən sülh planını qəbul edərək ən böyük strateji səhvlərindən birini edib. Həmçinin, məqalədə Türkiyə, İsrailin uzun müddətdir hədəf aldığı İranla müqayisə edilib. Qeyd edilib ki, Ankara yaxşı təlim keçmiş, döyüş təcrübəsi olan ordusu, böyüyən donanması ilə İrandan daha güclüdür.

Şərhə görə, Türkiyənin Qəzzadakı varlığı, İsrailin ölkənin cənubunda kəşfiyyat şəbəkələri yaratması, Misirə yaxınlığından istifadə edərək Şərqi Aralıq dənizindəki iki ən böyük donanma ilə daha sıx əlaqəyə girməsi və dəniz sərhədləri boyunca manevr etmək imkanlarının məhdudlaşdırılması deməkdir.

"Netanyahu Qəzzaya müharibədən sonrakı baxışını ictimaiyyətdən gizlətdi. Trampın sülh planına uyğun olaraq baş verənlər, İran nüfuzunun türk nüfuzu ilə əvəzlənməsi ilə bir kabusa çevrildi", - məqalədə qeyd olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm