ADSEA nümayəndələri Almaniyada keçirilən beynəlxalq tədbirdə çıxış ediblər
Bizi izləyin

Sosial

ADSEA nümayəndələri Almaniyada keçirilən beynəlxalq tədbirdə çıxış ediblər

Oktyabrın 27-dən 30-dək Almaniyanın Bonn şəhərində 6-cı Qlobal Su Operatorları Tərəfdaşlığı (WOPs) Konqresi keçrilib.

Publika.az xəbər verir ki, konqresdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov və Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə iştirak ediblər.

Tədbir çərçivəsində çıxış edən Tahir Xəlilov su ehtiyatlarının idarə olunmasında beynəlxalq əməkdaşlığın, bilik və təcrübə mübadiləsinin vacibliyini qeyd edib, Azərbaycanın şəhərsalma və davamlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. O, həmçinin 2026-cı ildə Bakı şəhərində keçiriləcək “Dünya Şəhərsalma Forumu”nun (WUF13) ölkəmiz üçün əhəmiyyətini vurğulayıb.

Konqres çərçivəsində keçirilən side event zamanı Riad Axundzadə iştirakçılara Azərbaycanda su təchizatı və tullantı su xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də 2026-cı ildə Bakıda baş tutacaq WUF13 barədə geniş məlumat təqdim edib.

Bununla yanaşı, Global Water Operators’ Partnerships Alliance (GWOPA) ilə görüş keçirilib, gələcək potensial əməkdaşlıq istiqamətləri və su sektorunda birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm