Sosial
Zaur Mikayılov Göygöl rayonunda vətəndaşlarla görüşdü
 
                                    
                                    
                                    
                                Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov oktyabrın 31-də Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Göygöl, Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə sədr Zaur Mikayılov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, suvarma kanallarının beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, balansa götürülməsi, içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                            - 
                     Region00:15 Region00:15İstanbulda partlayış oldu - Xəsarət alanlar var 
- 
                     ABŞ31 Oktyabr 21:59 ABŞ31 Oktyabr 21:59Pentaqon təsdiqlədi - Ukraynaya "Tomahawk" raketləri göndəriləcək 
- 
                     Magazin231 Oktyabr 19:35 Magazin231 Oktyabr 19:35Türkiyəli məşhur müğənni infarkt keçirdi 
- 
                     Kriminal31 Oktyabr 19:03 Kriminal31 Oktyabr 19:03Sabiq icra başçısı həbs olundu - Bu cinayətlərdə ittiham olunur 
- 
                     Sosial31 Oktyabr 18:53 Sosial31 Oktyabr 18:53Vüqar Məmmədov həbs edildi 
- 
                     Nida Xəbər 31 Oktyabr 17:45 Nida Xəbər 31 Oktyabr 17:45Zakir Həsənova medal verildi 
- 
                     Sosial31 Oktyabr 17:00 Sosial31 Oktyabr 17:00Noyabrda yağıntıların miqdarı normadan çox olacaq - AYLIQ PROQNOZ 
- 
                    .jpg) Səhiyyə31 Oktyabr 16:28 Səhiyyə31 Oktyabr 16:28Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi 






 
        
    
.jpg)








.webp)














.jpg)





.jpg)