Sosial
Abşeronda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi - FOTO
Abşeron rayonunda 8 Noyabr Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Aksiya çərçivəsində Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Parkda 500 ədəd leylandr, eldar şamı, xan çinarı və dekorativ kollar əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.
Aksiyanın davamında RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları ilə görüşərək onların qayğıları ilə maraqlanıb. Görüşdə Zəfər bayramı münasibəti ilə onları təbrik edən Abdin Fərzəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli qərarları və iradəsi sayəsində torpaqlarımız işğaldan azad edilib. Şəhidlərimizin, qazilərimizin - ordumuzun şücaəti, döyüş əzmi və xalqımızın birliyi sayəsində 30 illik vətən həsrətinə son qoyulub. Artıq soydaşlarımız işğaldan azad olunan torpaqlarda azad, təhlükəsiz şəkildə yaşamağa başlayıblar.
Qeyd edilib ki, ölkəmizdə şəhidlərin əziz xatirəsi daima uca tutulub və şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -

















.jpg)





















