Sosial
ADSEA nümayəndələri Macarıstanda keçirilən beynəlxalq tədbirdə - FOTO
Noyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən Su və Səhiyyə üzrə Protokolun 20 illik yubiley tədbiri keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aparat rəhbərinin müavini Ülviyyə Məmmədova çıxış edib.
Çıxışında Ülviyyə Məmmədova Su və Səhiyyə üzrə Protokol çərçivəsində son 20 ildə əldə olunan uğurlardan, su ehtiyatlarının dayanıqlı idarəçiliyi, təhlükəsiz içməli suya və sanitariyaya çıxışın təmin olunması istiqamətində atılan addımlardan bəhs edib.
O, həmçinin Azərbaycanın bu sahədə milli səviyyədə həyata keçirdiyi islahatlar barədə məlumat verərək qeyd edib ki, ölkəmizdə son illərdə su təchizatı sistemlərinin yenilənməsi, yeni su anbarlarının tikintisi və mövcud infrastrukturun bərpası istiqamətində mühüm nəticələr əldə olunub.
Ülviyyə Məmmədova çıxışında “Milli Su Strategiyası”, “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası” və “Böyük Qayıdış” proqramı çərçivəsində su ehtiyatlarının səmərəli və dayanıqlı idarə olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Tədbir çərçivəsində iştirakçılar su və səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha diqqətə çatdıraraq, iqlim dəyişiklikləri fonunda təhlükəsiz suya çıxışın təmin olunması üçün ortaq səylərin artırılmasının vacibliyini qeyd ediblər.
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -

















.jpg)





















