Sosial
"Unibank" "YAŞAT" Fonduna 100 000 manat ianə edib
Bu il Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri – Zəfər Gününün 5 illiyi qeyd olunur.
Bu münasibətlə "Unibank" ASC Zəfəri bizə yaşadan qəhrəmanlara dərin ehtiramını bildirərək, "YAŞAT" Fondunun keçirdiyi marafona 100 000 manat ianə edib.
"Unibank" üçün şəhid və qazi ailələrinə dəstək, Bankın korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən biridir. Bank illərdir bu istiqamətdə davamlı layihələr həyata keçirir və iki şəhid ailəsinin daimi himayədarı kimi onlara dəstək verir.
"Unibank"ın sosial siyasəti, cəmiyyət qarşısında məsuliyyətin yalnız maliyyə fəaliyyəti ilə məhdudlaşmadığını, həm də insani dəyərlərin qorunması və paylaşılması ilə ölçüldüyünü göstərir.
"Zəfər sadəcə tarixdə qalmır, o, hər gün xatirə, hörmət və minnətdarlıqla yaşadılır.
Bizim qəhrəmanlarımız və onların ailələri hər zaman Unibankın diqqət mərkəzindədir. Bu dəstək həm borcumuz, həm də qürurumuzdur," – deyə "Unibank"ın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib.
Bu Zəfər bizimdir, bu minnətdarlıq hamımızındır.
"Unibank" – Sənin Bankın!
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək







































