Sosial
Gəncə terrorunda valideynlərini itirən Sevil ana oldu - Foto
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ana olub.
Publika.az xəbər verir ki, bu barədə məlumatı "Təsir dairəsi" verilişində aparıcı Lalə Azərtaş verib.
O bildirib ki, Talış bəylə ailəli olan Sevilin oğlu dünyaya gəlib və körpəyə Rəşad adını veriblər:
"Bu, bizim üçün ən gözəl Zəfər bayramı hədiyyəsi oldu. Çünki biz bir ölüb, min dirilirik. Bizim soyumuz, kökümüz davam edir.
Sevillə xəstəxanada əməliyyata girənə qədər danışdım. Əslində mən bu gün rayona çıxmalı idim, uşaq səhər, Zəfər Günündə dünyaya gəlməli idi. Sadəcə balam dedi ki, Zəfəri elə ilk saniyələrdən sizinlə qarşılayaram".
Qeyd edək ki, terror hadisəsi yaşanan gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşının xilas etdiyini bildirmişdi. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran həmin sinif yoldaşıdır. Cütlük ötən ilin yanvarında ailə qurub.
(Axşam.az)
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək







































